Ağstafa rayonunda qatar gənc oğlanı vurub. Ucnoqta.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə Ağstafa şəhərində qeydə alınıb. Rayon sakini, 1997-ci il təvəllüdlü Tamerlan Cəfərov dəmir yol xəttini keçən zaman qatar onu vurub.
Xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən T. Cəfərovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.