"Jet Airways" aviaşirkətinin təyyarəsi Hindistanın cənub qərbindəki Qoa ştatında "Dabolim" aeroportunda uçuşa hazırlıq zamanı uçuş-enmə zolağının hüdudlarından çıxıb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda deyilir. "Jet Airways" təəssüflə bildirir ki, bugünkü Qoa-Mumbay 9W 2374 reys təyyarəsi 154 sərnişin və ekipaj üzvüylə uçuşa hazırlıq zamanı uçuş-enmə zolağından çıxıb" – deyə məlumatda bildirilir.
Qeyd edilir ki, təyyarənin içindəki sərnişinlər və ekipaj üzvlərinin hamısı müvəffəqiyyətlə təxliyə edilib. Lakin təxliyə prosesində bir neçə sərnişin xəsarət alıb.
Hazırda onlara tibbi yardım göstərilir.