Mədət Quliyev: “Azərbaycan özünü teror təhlükəsindən qorumaq üçün bütün zəruri addımları atır”

11:42 - 12 Dekabr 2016 - ÖLKƏ İÇİ

“Azərbaycan özünü teror təhlükəsindən qorumaq üçün bütün zəruri addımları atır”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

“Azərbaycanın xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları birgə əməkdaşlıq çərçivəsində işləyir. Burada əsas məsələ isə dövlət rəhbərliyinin apardığı siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Xalqımız qədirbilən xalqdır, ölkə başçısının apardığı siyasəti dəstəkləyir. Biz bunu bu il sentyabrın 26-da ölkədə keçirilən referendum zamanı da gördük”, - deyə, DTX rəisi vurğulayıb.

Xəbər xətti