Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək

11:23 - 9 Dekabr 2016 - ÖLKƏ İÇİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Biləsuvar şəhərində Salyan, Neftçala, Cəbrayıl və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək. Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 216) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Xəbər xətti