Türkiyə Silahlı Qüvvələrinin “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatında iştirak edən hərbçilərindən altısı Suriyanın Əl-Bab bölgəsində yaralanıb. “Report” "Hürriyet"ə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Kilis şəhər dövlət xəstəxanasına yerləşdirilib.
Məlumata görə, “Fırat Kalkanı” əməliyyatının 107-ci günündə Əl-Babın terrorçulardan təmizlənməsində iştirak edən Türkiyə hərbçilərinə hücum olub.