Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq. Təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.
Ağdam təmsilçisi çətin rəqibinə qalib gəlsə, Azərbaycan futbolu tarixində ilkə imza ataraq, adını 1/16 final mərhələsinə yazdıracaq. Komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.
Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir.
Xatırladaq ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.qol.az
8 dekabr
Avropa Liqasının qrup mərhələsi
J qrupu
20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya)