İndoneziyanın Yava adasında baş verən iki torpaq sürüşməsi nəticəsində ən azı 13 nəfər həyatını itirib. Bu barədə Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin (BNPB) yerli şöbəsinin rəhbəri Kapravi məlumat verib.
"Ötən çərşənbə axşamı başlayan leysan yağışları Mərkəzi Yavanın Meqelanq rayonunda 40 metr hündürlüyündə yamacın uçmasına səbəb olub", - deyə onun BNPB-nin saytına yerləşdirilən bəyanatında bildirilir.
"Hadisə qurbanlarının hamısı Lebak rayon sakinləri olub", — deyə "Antara" informasiya agentliyi onun sözlərini sitat gətirib.
Xilasedicilərin sözlərinə görə, birinci sürüşmə Xalimun-Salak milli qoruğunda qanunsuz olaraq faydalı qazıntıların çıxarılması ilə məşğul olan 11 nəfərin həyatına son qoyub. Daha iki nəfər Çikatomas kəndində ölüb.
Öz növbəsində, BNPB-nin informasiya mərkəzinin rəhbəri Sutopo Purvo Nuqroho məlumat verib ki, iki digər sürüşmə nəticəsində daha 5 Yava sakini ölüb və üç nəfər yaralanıb.
Maqelanqedə 1 nəfər sürüşmə qurbanı olub, lakin daha 4 nəfər Yavanın uzaq qərbində yerləşən Banten əyalətində ölüb və üç nəfər yaralanıb.