"Fiorentina" Bakıya gəlir- 22 futbolçu və 120 azarkeş

13:06 - 7 Dekabr 2016 - İDMAN

 Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la VI tur oyunu üçün İtaliyanın "Fiorentina" klubunun Bakıya gətirəcəyi heyət müəyyənləşib. "Report"un məlumatına görə, baş məşqçi Paulu Souza 22 futbolçu ilə səfərə çıxıb. 
Saat 16:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaq komanda "Hilton" otelində məskunlaşacaq. Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu yer alıb:
Qapıçılar: 1.Luka Letserini, 12.Çiprian Тeteruşanu, 97.Bartlomey Dronqovski
Müdafiəçilər: 2.Qonsalo Rodriges, 4.Sebastian De Mayo, 13.David Astori, 15.Maksimiiano Olivera, 18.Karlos Salsedo, 31.Xrvoye Miliç, 40.Nenad Tomoviç

Yarımmüdafiəçilər: 5.Milan Badel, 6.Karlos Sançes, 8.Matias Vesino, 10.Federiko Bernardeski, 19.Sebastian Kristofor, 20.Borxa Valero, 25.Federiko Kyesa, 72.Yosip İliçiç
Hücumçular: 7.Mauro Sarate, 9.Nikola Kaliniç, 16.Kristian Tello, 30.Xuma Babakar
P.Souza qrup mərhələsinin V turunda Yunanıstanın PAOK klubu ilə ev oyununda qapıçılardan Çiprian Тeteruşanu, Bartlomey Dronqovski, müdafiəçilərdən Maksimiliano Olivera, Karlos Salsedo, yarımmüdafiəçilərdən Borxa Valero, hücumçulardan isə Mauro Sarate və Nikola Kaliniçi meydana buraxmayıb. Həmin görüşdə meydan sahibləri 2:3 hesabı ilə məğlub olub.
Florensiya təmsilçisi dekabrın 8-də keçiriləcək qarşılaşmada dəstəksiz qalmayacaq. İtaliyanın "Viola News" saytı təxminən 120 azarkeşin Tofiq Bəhramov adına Respublika Stadionunda olacağını bildirib. Artıq azarkeşlərin bəziləri Bakıya gəlib.
Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" qarşılaşması saat 20:00-da başlayacaq.

Xəbər xətti