”Hərbçilərimizi vuran təyyarənin Bəşşar Əsədə aid olduğunu müəyyənləşdirmişik, ancaq pilotsuz uçan aparatın hansı dövlətin istehsal etdiyini araşdırırıq”.
“Report” xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık "Habertürk"ə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, həmin aparat “L-39 Albatros” tiplidir.
Qeyd edək ki, “Fərat qalxanı” (“Fırat Kalkanı”) əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində noyanrın 24-də Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb. Türkiyə hərbçilərinə edilən hücumun məsuliyyətini heç bir dövlət və terror təşkilatı üzərinə götürməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Suriyada Türkiyə Silahlı Qüvvələrinin mövqeyinə edilən hava hücumu ilə bağlı sualı da cavablandırarkən deyib ki, bunu nə Rusiya, nə də Suriyadakı Bəşşar Əsədə bağlı hərbi hava qüvvələri edib.