Yozef Blatter apelyasiya şikayəti verməyəcək

10:55 - 6 Dekabr 2016 - İDMAN

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter İsveçrə Ali Məhkəməsinə futbol fəaliyyətindən kənarlaşdırılmasına dair apelyasiya şikayəti verməyəcəyini bildirib.

"Frans Press" agentliyinin verdiyi xəbərə görə, bazar ertəsi İdman Arbitraj məhkəməsi (CAS) Y.Blatterin 6 il müddətinə futboldan kənarlaşdırılmasına dair apellyasiya şikayətini rədd edib.

"Mən İsveçrə Ali Məhkəməsinə apellyasiya şikayəti verməyəcəyəm" - FİFA-nın keçmiş prezidenti deyib.

Xəbər xətti