Qusar rayonun sakini özünə ov tüfəngindən atəş açaraq intihar edib. "Report"un verdiyi məlumata görə, rayonun Samur qəsəbə sakini, 40 yaşlı Mursüd Nizaməddin oğlu Mədrəliyev bu gün səhər saatlatında yaşadığı evdə özünü ov tüfəngi ilə öldürüb. Məlumata görə, ov tüfəngi mərhumun özünə məxsus olub.
M.Mədrəliyevin ailə üzvləri hadisə ilə bağlı dərhal polisə məlumat veriblər. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, M.Mədrəliyevin intihar etməsinin səbəblərı hələ bəlli deyil.
Faktla bağlı Qusar rayon Hüquq Mühafizə Orqanlarında araşdırma aparılır.