Rusiya S-300 havadan müdafiə sistemlərinin bütün hissələrinin İrana göndərilməsini başa çatdırıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin mətbuat katibi Hüseyn Nəqavi-Hüseyni deyib.
Onun sözlərinə görə, ləngiməyə baxmayaraq sistem artıq İrana təhvil verilib və hazırda mütəxəssislər onun texnoloji aspektlərini tədqiq edir.
Nəqavi-Hüseyni qeyd edib ki, müqavilənin icrasında ləngimələr müşahidə olunsa da, Tehran və Moskva arasında münasibətlər yüksək səviyyədədir və bu amilin mənfi təsiri qeydə alınmayacaq.