Rusiyanın Tümen vilayətində qəza törətmiş sərnişin avtobusunun və yük maşınının sürücüləri saxlanılıb. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fakt üzrə cinayət işi qaldırılıb, hər iki sürücü şübhəli şəxs qismində saxlanılıb. Hazırda onlar istintaqa ifadə verirlər.
Qeyd edək ki, dünən Tümen vilayətində, Xantı-Mansiysk magistral yolunun 926-cı kilometrliyində ağır yol qəzası baş verib. Yük və 2 minik avtomobilinin, habelə sərnişin avtobusunun toqquşması nəticəsində 12 nəfər ölüb. Onlardan 11-i uşaqdır.
Hadisə nəticəsində həmçinin 20 nəfər xəsarət alıb. Onlar Xantı-Mansiysk xəstəxanasına çatdırılıblar. Reanimasiya şöbəsinə yerləşdirilmiş bəzi yaralıların vəziyyəti ağırdır.
Qəza zamanı avtobusun salonunda 29-u uşaq olmaqla 32 sərnişin olub.