ABŞ-da göyərtəsində 51 sərnişinin və 4 ekipaj üzvünün olduğu sərnişin təyyarəsi Texas ştatının San-Antonio şəhərinə təcili eniş edib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Skywest Airlines" aviaşirkətinə məxsus təyyarə Hyuston şəhərindən Meksikanın Monterro şəhərinə uçurmuş.
Təyyarənin təcili eniş etməsinə səbəb təyyarənin təkərlərində (şassidə) yaranmış nasazlıq olub.
San-Antonionun Yanğın Şöbəsi əməkdaşının sözlərinə görə, bütün sərnişinlər təyyarədən təxliyə edilib. Yalnız bir sərnişin eniş zamanı yüngül xəsarət alıb. Lakin o, müalicə olunmaqdan imtina edərək əvəzedici təyyarəyə minməyə tələsib.