"Azərpoçt" MMC "Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun həbsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən məktubun itirilməsi ilə bağlı yazılı açıqlama verib. Bu barədə "Report"a vəkil Cavad Cavdov bildirib. Vəkilin sözlərinə görə, "Azərpoçt" MMC tərəfindən ona məktub göndərilib: "Məktubda bildirilib ki, poçt göndərişi Poçt Daşınmaz Mərkəzinin işçiləri tərəfindən səhvən başqa ölkəyə göndərilib. Həmin məktub qeydiyyatsız göndərildiyi üçün Azərbaycana geri qaytarılıb. Daha sonra məktub Poçt Daşınmaz Mərkəzi tərəfindən Fransaya göndərilib". C.Cavadov vurğulayıb ki, işində yol verdiyi səhlənkarlığa görə, təqsirkar işçi inzibati qaydada tənbeh edilib.