İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib. "RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:13-də qeydə alınıb. Zəlzələnin episentri İndoneziyanın Palu adasından 148 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 522 kilometr dərinlikdə olub. Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.