Gəncədə dəm qazından boğulma olub. APA-nın verdiyi məlumata görə hadisə şəhərin E. Qurbanov küçəsində ev 17-də qeydə alınıb.Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Flora Haçıyeva hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.