Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 1964-cü il təvəllüdlü Quliyev Afər Müzəffər oğlu dəm qazından zəhərlənərək vəfat edib. Onun meyiti hamam otağında tapılıb.
Faktla bağlı araşdırma aparılır.