Cəlilabadda 3 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan 3 otaqlı evin mətbəxinin tavanı 36 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.