ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadacaqsa, rəsmi Tehran nüvə sazişi üzrə öhdəliklərindən imtina edəcək. APA-nın “Press TV”-yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.
“Əgər onlar (ABŞ) sanksiyalara qayıdacaqsa, biz razılaşmaya riayət etməyəcəyik”, - deyə Zərif qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalamaq niyyətində olduğunu bildirib.
1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.