Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin noyabr ayında keçirilən valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, ARDNF ötən ay hərraclarda 301,5 mln. dollar məbləğində vəsait satıb.