Finlandiyanın Helsinki-Vantaa hava limanının ikinci terminalının uçuş zonasında naməlum qaz sızması baş verib. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfərin tənəffüsündə problem yaranıb, onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib.
"Yle" nəşri yazır ki, bütün zərərçəkənlər hava limanı əməkdaşları olublar, sərnişinlərdən heç kim zərər çəkməyib.
İlkin ehtimala görə, buna səbəb havalandırma sistemində yaranan nasazlıq olub.