Fransanın Bayonna və Biarrits şəhərlərində polis 900 kiloqramdan çox kokain müsadirə edib, 10 nəfər saxlanılıb. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, saxlanılanlar arasında Fransa, Kolumbiya, İspaniya və Niderland vətəndaşları var. Saxlanılanların üzərindən 1 milyon avroyadək pul götürülüb.
Məlumata görə, əməliyyat Fransa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilib.