Kolumbiyada qəzaya uğrayan “Lamia” aviaşirkətinə məxsus sərnişin təyyarəsi başqa şəhərdən uçuş etməli imiş. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kolumbiya Mülki Aviasiyanın Təhlükəsizlik Xidmətinin rəisi Freddi Bonilya bildirib.
“Şirkətin, daha dəqiq, şirkətin Kolumbiyadakı nümayəndəsinin təyyarənin uçuşuna dair təqdim etdiyi sorğuda təyyarənin Santa-Krusdan yox, Kobixa şəhərindən uçuş etməli olduğu qeyd olunub”, - deyə Bonilya bildirib.
Xatırladaq ki, qəza nəticəsində Braziliyanın “Şapekoense” futbol komandasının, demək olar ki, tam heyəti daxil olmaqla 71 nəfər ölüb.