"Proqres" kosmik yük gəmisi Tuvada dağlıq ərazidə 190 kilometr yüksəklikdə itib. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fraqmentlərin əksəriyyəti elə atmosferdə yanıb yox olub. Məlumatda qeyd olunur ki, "Proqres"in itməsinin Beynəlxalq Kosmik Stansiyanın normal işinə və onun ekipajının həyati fəaliyyətinə mənfi təsiri olmayacaq. Yaradılmış Dövlət Komissiyası qəza ilə bağlı vəziyyəti araşdıracaq. Gəmi BKS-ə təqribən 2,5 ton yük aparmalı idi.
Qeyd edək ki, oxşar qəza 2011-ci ilin avqustunda "Proqres M-12M" gəmisi ilə də baş verib.