Daxili İşlər Nazirliyi (DİN) Salyanda baş vermiş qətllə bağlı məlumat yayıb. DİN-nin saytında verilmiş məlumata görə, dekabrın 1-də Salyan rayonunun Xurşud kəndində yaşayan Rauf Əsədov evində münaqişə zəminində qızı Fərqanəyə bıçaqla xəsarət yetirib və nəticədə Fərqanə hadisə yerində ölüb.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsədov tutulub.