Nardaran hadisələrinə görə, tutulan daha 12 nəfərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Report”un xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Onlardan Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin (CM) 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri ilə, Yəhyayev Ağa Əli Eldar oğlu CM-in 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğl, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu CM-in 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə təqsirləndirilir.