"ABŞ-la Azərbaycan arasında iqtisadi əməkdaşlığın potensialı yüksələn xətlə inkişaf edir. Bu potensialın gələcəkdə də inkişafına və yeni investisiyaların cəlbinə ümid edirik".
Bunu Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunda vergilər naziri Fazil Məmmədov bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda xarici investorlar üçün cəlbedici mühit yaradılıb: "Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") ilə Vergilər Nazirliyi arasında daim məsləhətləşmələr aparılır. Vergi qanunvericiliyində hər hansı dəyişikliklər edilərkən təkliflər nəzərə alınır. Biz daim müzakirələrin tərəfdarıyıq. Vergilər Nazirliyi və biznes strukturları arasındakı bu görüşlər əhəmiyyətli rol oynayır".