Baş vermiş təyyarə qəzasının səbəbi məlum olub - Kolumbiyada

11:53 - 1 Dekabr 2016 - HADİSƏ

Kolumbiyada Boliviyaya məxsus təyyarənin qəzaya uğramasının səbəbləri məlum olub.

Ucnoqta.az Rusiya mətbuatına istnadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiyasının Aviasiya təhlükəsizliyi xidmətinin rəisi Freddi Bonilya keçirdiyi mətbuat konfransında xəbər verib.
Onun sözlərinə görə, qəzaya təyyarənin yanacaq çatışmazlığı səbəb olub. 
Qeyd edək ki, təyyarə Medelin şəhərinin 50 kilometrliyində qəzaya uğrayıb. Hadisə zamanı onun göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun heyəti, 9 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 77 nəfər olub. Onlardan 6-ı sağ qalıb. 71 nəfər isə qəza zamanı həlak olub.  

Xəbər xətti