Kosta-Rikada 5,2 bal gücündə zəlzələ olub

11:17 - 1 Dekabr 2016 - HADİSƏ

Kosta-Rikanın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ olub.

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Geologiya Xidməti xəbər verib.

Məlumatda bildirilir ki, yeraltı təkanların episentri Kot şəhərindən 6 kilometr şərqdə və paytaxtdan 30 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 5 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və ya tələfat barəsində hər hansı məlumat yoxdur.  

Xəbər xətti