Bakı küçələrindən birində 74 yaşlı kişinin meyiti tapılıb. "Report"un xəbərinə görə, bu gün Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində kişi meyiti aşkarlanıb.
Küçədə dünyasını dəyişən şəxsin 1942-ci il təvəllüdlü Adil Süleymanov olduğu məlum olub. A.Süleymanovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Onun ölümünün səbəbləri araşdırılır.