Xızı-Altıağac avtomobil yolunda sürüşmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov apa-ya deyib ki, sürüşmə prosesi yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edir. Ə. Qaralov bildirib ki, ərazi olduqca mürəkkəb quruluşa malikdir. “Hazırda ərazidə sürüşmə aktiv fazadadır” – deyə, ekspedisiya rəisi qeyd edib.