AFFA rəhbərliyi Braziliyanın “Chapecoense” klubunun futbolçularının da olduğu təyyarənin qəzaya düşməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verib. "Report" xəbər verir ki, başsağlığı qəzada həlak olanların ailəsinə və yaxınlarına ölkə futbol ictimaiyyəti adından qurumun rəsmi saytı vasitəsilə ünvanlanıb.
Allah rəhmət eləsin!