Kolumbiyada qəzaya uğrayan təyyarənin “qara qutusu” aşkarlanıb. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı yerli nəqliyyat nazirliyi təstiqləyib.
Qeyd edək ki, göyərtəsində Kolumbiyanın “Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın “Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur.
Faciə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan edilib.
Qəzanın yanacaq çatışmazlığı səbəbindən baş verdiyi ehtimal olunur.