Kolumbiyada baş vermiş təyyarə qəzasında 6 nəfər sağ qalıb. APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Xose Mariya Kordova beynəlxalq aeroportunun mətbuat xidməti xilasedicilərin qəza yerində 6 nəfəri sağ aşkarladığını açıqlayıb. Qəza yerində xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarədə Braziliyanın “Şapekoense” futbol komandasının oyunçuları və 9 ekipaj üzvü də daxil olmaqla, 81 nəfər olub.