"Azərbaycanda xristianlığın dini cərəyanlarından daha çox islamın radikal cərəyanlarının təhlükə törətmək ehtimalı var". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi isə digər dinlərin nümayəndələridir: "96 faizin də 70 faizi şiə, 30 faizi əhli-sünnədir. Amma bu faizi dəqiq şəkildə demək də çətindir. Azərbaycanda tarixdə sünni-şiə problemi özünü ciddi şəkildə göstərməyib. Bu məsələni indi bəzi qüvvələr qabartmaq, qızışdırmaq istəyirlər".