Macarıstan xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

11:04 - 28 Noyabr 2016 - ÖLKƏ İÇİ

Macarıstanın xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jolt Çutora Azərbaycana səfər edəcək. Bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Səfər zamanı J.Çutora "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya sərgisini ziyarət edəcək, eləcə də Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, daha əvvəldən əldə olunmuş razılıqların nə dərəcədə həyata keçirildiyi müzakirə olunacaq.

Xəbər xətti