Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 24-də Ermənistan hökumətin qarşı iki qərar qəbul edib.Bu barədə Trend “Azadlıq” radiosunun erməni xidmətinə istinadən məlumat verir.
Məhkəmə 2002-ci ildə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində həlak olmuş hərbçi Suren Muradyanın ailəsinə 50 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib. S.Muradyanın ailəsi Ermənistanın səlahiyyətli orqanları tərəfindən hərbçinin ölümü ilə bağlı obyektiv araşdırmalar aparılmadığını iddia edirdi.
Digər məhkəmə qərarı isə qətldə ittiham olunaraq həbs edilmiş Samvel Manuçaryana Ermənistan hökuməti tərəfindən 2400 avro təzminat ödənilməsi ilə bağlı çıxarılıb. S.Manuçaryan bir neçə il əvvəl qətli etiraf etsə də, daha sonra ittihamı qəbul etməmişdi.