Gəncə şəhərində bədbəxt hadisə baş verib. APA-nın verdiyi məlumata görə, bu gün səhər saatlarında 1993-cü il təvəllüdlü şəhər sakini Axundova Yaqut Azər qızının meyiti yaxınları tərəfindən yaşadığı evin vanna otağında tapılıb.
Onun dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.