Gələn il dövlət büdcəsindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) 93 milyon 752 min 960 manat vəsait ayrılacaq. Bu, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində qeyd olunub. Xarici Kəşfiyyat Xidmətinə isə gələn il dövlət büdcəsindən 18 milyon 176 min 146 manatın ayrılması nəzərdə tutulub.