Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti dəyişməyib. Azərbaycan neftinin qiymətinin sabit qalmasına səbəb “Şükranlıq Günü” (Thanksgiving Day) səbəbindən birjaların noyabrın 24-də qapalı olmasıdır.
Qeyd edək ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti əvvəlki günlər olduğu kimi 50,03 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.