Birləşmiş Ştatların Kentukki ştatının Luisvill şəhəri ətrafında baş verən atışma nəticəsində ən azı 4 nəfər odlu silah yarası alıb.
"Report" xəbər verir ki, bu barədə hadisə şahidlərinə və yerli polisə istinadən "Wave 3 News" telekanalı məlumat yayıb.
Yaralıların vəziyyəti barədə hazırda məlumat yoxdur, həmçinin neçə nəfərin atəş açdığı və polisin onların şəxsiyyətini müəyyən edib-etmədiyi barədə məlumat verilmir.