Mavi yanacağın həcmi artırılıb

17:00 - 24 Noyabr 2016 - ÖLKƏ İÇİ

Ötən ayın sonlarından başlayaraq Respublikamızda hava temperaturunun kəskin aşağı düşməsi və ucqar rayonlarımıza qarın yağması “Azəriqaz” İstehsalat Birliyinin işinədə təsirsiz ötüşmədi. Belə ki, havaların soyuması və isitmə mövsümünün başlaması ilə əlaqədar təbii qaza olan təlabat 2-3 dəfədən çox artdı, nəticədə  bəzi ərazilərə mavi yanacağın verilməsinə çətinliklər yaratdı. Mərhələli şəkildə şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan və qurumun əməkdaşları tərəfindən qazpaylayıcı şkaflarda və siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra Respublika üzrə fərdi şəkildə olan şikayətlər istisna olmaqla bu gün istər əhali, istərsədə sənayə müəssisələrinə mavi yanacağın verilişində ciddi problem yaşanmır. Qurumdan Ucnoqta.az-a bildirilib ki, mavi yanacaqla təminatın yaxşılaşdırılması məqsədi ilə gündəlik təlabata uyğun olaraq qazın həcmi artırılır. Qeyd edək ki, noyabrın 1-də sutkalıq qaz sərfiyyatı 20 milion 694 min idisə ayın 23-də bu rəqəm 31 milion 476 minə çatıb. Ayın əvvəli ilə müqayisə etdikdə təbii qazın verilişində 10 milion 782 min artım müşahidə olunur. Bildirilib ki, Birlik tərəfindən bundan sonrada təlabata uyğun təbii qaz veriləcək.

O da qeyd edilib ki, abonentlərin təbii qazla bağlı fərdi problemlərinin qeydiyyata alınması və yaranmış nasazlıqların aradan qaldırılmasına köməklik məqsədi ilə 104 və 185 nömrəli Çağrı mərkəzi sutkanın 24 saatını əhatə etməklə fəaliyyət göstərir. Eyni zamanda abonentlər Birliyin rəsmi internet səhifəsi olan www.azeriqaz104.az saytına daxil olaraq “Elektron müraciət” bölməsindən yazılı şəkildə öz müraciətlərini ünvanlaya bilərlər.

 

Elmin

Xəbər xətti