“Qarabağ” tarixi oyuna çıxır

11:26 - 24 Noyabr 2016 - İDMAN

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. “Qarabağ” səfərdə “Slovan”ın qonağı olacaq. Bu qarşılaşma Ağdam klubu üçün tarixi əhəmiyyət kəsb edir. 
Belə ki, Qurban Qurbanovun komandası Liberetsdən 3 xalla qayıdacağı halda, Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək. 

Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixin nailiyyətə imza atmasına kifayət edə bilər. Bunun üçün “Fiorentina” öz meydanında PAOK-a uduzmamalıdır. 


Avropa Liqası
V tur

24 noyabr

22:00. “Slovan” (Çexiya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Stefan Yohannesson
Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum
Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson
Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San Marino)
UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya) 
Liberets. "U Nisi" stadionu

22:00. “Fiorentina” (İtaliya) - PAOK (Yunanıstan)

Xəbər xətti