Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

11:08 - 24 Noyabr 2016 - HADİSƏ

Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. "Report" xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Fukusima perfekturasından şərqdə, ocağı isə yerin cüzi dərinliyində qeydə alınıb.

Sunami təhlükəsi elan olunub, lakin yapon meteoroloqları qeyd edirlər ki, onun hündürlüyü az olacaq və dalğalar dağıntı yaratmayacaq.

Xəbər xətti