Kanadanın nikel hasil edən "Moa joint venture" şirkətinin 4 işçisi Kubada təmiri ilə məşğul olduqları körpünün uçması nəticəsində ölüb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, körpü Mettyu qasırğası zamanı ziyan çəkib və işçilər ötən ayın sonundan onu təmir etməyə başlayıblar.
Məlumata görə, asayiş keşikçiləri artıq hadisənin araşdırması ilə məşğul olmağa başlayıblar.