ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə yaxşı münasibətlər qurmaq istədiyini bəyan edib. Bu barədə Trend "New York Times" qəzetinə istinadən məumat verir. D.Tramp qeyd edib: "Rusiya ilə yaxşı münasibətdə olmaq istərdim və düşünürəm ki, onlar da bizimlə belə münasibət qurmaq istərdilər. Bu bizim ümumi maraqlarımızdır".
Əməkdaşlıq sahəsində gəlincə, yeni prezident İŞİD terror qruplaşması ilə birgə mübarizəni qeyd edib.