Azərbaycanda hazırda müşahidə edilən hava şəraiti tam olaraq, noyabrın son dövrü üçün səciyyəvidir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, dünən, bu gün müşahidə edilən və sabah müşahidə ediləcək hava şəraiti payızdan qışa keçməyə hazırlaşan dövrün havasıdır. M.Həsənov qeyd edib ki, bu günlərdə havanın temperaturunun 2-3 dərəcə enməsi normal qəbul edilə bilər. Qeyd edək ki, dünəndən başlayaraq, Azərbayanda soyuq hava şəraiti müşahidə edilir. Sinoptiklərin yeni xəbərdarlığına görə, noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var.