Daha 10 şagird yaralanıb. Suriyanın Hələb şəhərində ibtidai məktəb binasının raket atəşinə tutulması nəticəsində 5 şagird ölüb, daha 10-u yaralanıb.“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.İnsident Əl-Furkan rayonunda baş verib.