"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC gəmi üçün avar elektik mühərriklərinin, SAP ERP sistemində layihələrin idarə olunması (Project System), Fondların idarə olunması (Funds Managment) modullarının tətbiqi, idarəetmə uçotunun qeyd olunan modullara uyğun təkmilləşdirilməsi və yenidənqurulması layihəsinin, eləcə də dəftəxana ləvazimatlarının və məişət avadanlıqlarının alınması ilə bağlı tenderlər keçirir. Ucnoqta.az xəbər verir ki, bu barədə rəsmi mətuata istinadən xəbər verir.
Məlumata görə, müsabiqələrdə iştirak etmək istəyənlər www.acsc.az saytına daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciətlər noyabrın 23-nə qədər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanında qəbul edilir.